“Neftçi” və “Qarabağ”ın ev sınağı - AFİŞA
28.02.2020 - 15:44
“Neftçi” və “Qarabağ”ın ev sınağı - AFİŞA

Sabah Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları iki gün ərzində keçiriləcək.

İlk oyun günündə iki matç baş tutacaq. Mükafatçılar sırasında düşmək uğrunda mübarizə aparan “Sumqayıt” və “Keşlə” “Gənclik şəhəri”ndə üz-üzə gələcəklər. “Üçüncülük” şansının minimuma enməməsi üçün meydan sahibləri mütləq qalib gəlməlidir. Paytaxt klubu isə qələbə sayəsində “üçlük”də yerini daha da möhkəmlədəcək.

Ardınca son çempion “Qarabağ” “Sabah”ı qəbul edəcək. Ağdam klubu izləyiciləri ilə fərqi qorumaq üçün ev oyunundan qalib ayrılmalıdır. Bakılılar isə avrokuboklar uğrunda mübarizədə vacib xallar qazanmaq arzusundadır.

İkinci oyun gününün matçları Bakıda təşkil olunacaq. Son turlar qələbə qazandığını unudan “Zirə” və “Qəbələ” qəsəbə təmsilçisinin meydanında görüşəcək. 

Tura ölkənin ən titullu klubu “Neftçi” ilə “Səbail” arasında paytaxt derbisi ilə yekun vurulacaq. “Ağ-qaralar” ardıcıl 3-cü qələbə üçün meydana çıxacaqlar. Qonaqlar isə turnir cədvəlində irəliləmək şansı qazanmaq üçün turu itkisiz keçməlidir.

Azərbaycan Premyer Liqası
XIX tur
29 fevral (şənbə)
“Sumqayıt” – “Keşlə”
Hakimlər:
Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”, 16:00
 
“Qarabağ”– “Sabah”
Hakimlər:
Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00

1 mart (bazar)
“Zirə” – “Qəbələ”
Hakimlər:
Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Neftçi” – “Səbail”
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bakcell Arena”, 17:00

1

Qarabağ

18

12

5

1

32-7

41

2

Neftçi

18

9

6

3

28-13

33

3

Keşlə

18

8

5

5

25-17

29

4

Sumqayıt

18

6

4

8

22-25

22

5

Zirə

18

5

5

8

21-34

20

6

Sabah

18

5

5

8

19-23

20

7

Səbail

18

5

4

9

14-26

19

8

Qəbələ

18

3

4

11

18-34

13

Bombardirlər: Stiven Monroz ("Neftçi"), Mahir Emreli ("Qarabağ") - 7 qol.