“Neftçi” və “Səbail” cərimələndi
04.03.2022 - 14:45
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XVII turunda baş verənlər müzakirə olunub.
Komitə üzvləri yaşananlarla bağlı müvafiq qərarlar verib. “Sabah” – “Neftçi” oyununda qonaqların azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
“Neftçi” 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün daha 800 manat ödəməli olacaq. “Zirə” ilə ev qarşılaşmasında 4 oyunçusu xəbərdarlıq alan “Səbail”in də cəzası eyni olub.
0
0