“Neftçi” yenə qələbə qazana bilmədi - YENİLƏNİB
19.01.2022 - 16:56
“Neftçi” yenə qələbə qazana bilmədi - YENİLƏNİB

“Neftçi” Türkiyə toplanışında ikinci oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Antalyada hazırlıq keçən Samir Abasovun yetirmələri Polşa “Visla”sı ilə görüşüb.

Plotsk təmsilçisi ilə qarşılaşmadakı bütün qollar ikinci hissədə vurulub. Yusuf Lavalın 55-ci dəqiqədə vurduğu qol “Neftçi”ni hesabda önə çıxarsa da, üstünlüyü qoruya bilməyib. Son dəqiqədə fərqlənən “Visla” məğlubiyyətdən qaçıb – 1:1. 

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk matçında Macarıstan “Kişvarda”sı ilə heç-heçə oynayıb – 2:2.

Yoxlama oyunu
19 yanvar
16:00. “Neftçi” – “Visla” (Plotsk, Polşa) - 1:1

Yusuf Laval, 55
“Emirhan Sports Kompleks Side”ın stadionu