"Neftçi" mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Antalya toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
"Ağ-qaralar"ın Ukrayna nəhəngi "Dinamo" ilə qarşılaşıb. Baş məşqçi Roberto Bordinlə yollarını ayıran "Neftçi"ni kiyevlilərlə matçda meydana Füzuli Məmmədov çıxarıb.
Belekdəki “Gloria Sports Arena”da baş tutan görüşə “Dinamo” fəal başlayıb. Kiyevlilər ilk 45 dəqiqədə iki cavabsız qol vuraraq üstünlük qazanıb.
Azərbaycanın ən titullu klubu fasilədən sonra bu qollardan birinin əvəzini çıxa bilib. Vangelis Platellas ukraynalıların qapısına yol tapıb. Lakin “Neftçi”nin gücü bundan artığına çatmayıb və paytaxt klubu 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk sınaq oyununda Polşa təmsilçisi LKS-ə böyük hesabla (0:4) məğlub olan "Neftçi" Antalya hazırlığı çərçivəsində son yoxlama matçında Ukraynanın digər komandası "Desna" ilə üz-üzə gələcək. Bu oyun yanvarın 24-nə təsadüf edəcək.
Yoxlama oyunu
20 yanvar
18:00. "Neftçi" - "Dinamo" (Kiyev, Ukrayna) – 1:2
Qol: Vangelis Platellas
Belek. “Gloria Sports Arena”
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək