“Neftçi”də 30-cu, Premyer Liqada 20-ci
14.03.2022 - 10:37
“Neftçi”də 30-cu, Premyer Liqada 20-ci

“Neftçi”nin futbolçusu Emin Mahmudov Premyer Liqanın XIX turunun “Sumqayıt”la oyununda dubla imza atıb. 

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin ilk qolu ikiqat yubileylə əlamətdar olub.

Emin Premyer Liqada 20-ci qolunu vurub. O, Azərbaycan çempionatında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran yarımmüdafiəçi 109-cu matçını keçirib.

Mahmudovun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. O, kubokda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.

2017-ci ildən “Neftçi”də çıxış edən Emin həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib.

Qeyd edək ki, “Neftçi” bu görüşdə 2:1 hesablı qələbə qazanıb.