“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 350-ci qələbəyə sevinib.
Apasport.az xəbər verir ki, bu, Premyer Liqanın IX turunun “Neftçi” ilə matçına təsadüf edib.
49 yaşlı mütəxəssisin yetirmələri 4:0 hesabı ilə qalib gəlib. Baş məşqçi karyerasına “Neftçi”də başlayan Qurbanov ilk qələbəsini bu komanda ilə əldə edib. 2006-cı il avqustun 6-da onun komandası “Gənclərbirliyi” ilə çempionatdakı ev görüşündə 6:1 hesablı qələbəyə sevinib.
Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandanı çalışdırıb. O, “Neftçi” ilə 25, “Qarabağ”la 321, Azərbaycan milli komandası ilə 4 qələbənin sevincini yaşayıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir