"Bir neçə il əvvəl liqamızı Ukrayna ilə birləşdirmək istədikdə postsovet məkanında futbolun inkişafına kömək edəcək ən doğru qərar olduğunu düşünmüşdüm".
Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin keçmiş futbolçusu Andrey Arşavin deyib.
Sabiq forvard növbəti dəfə MDB-də vahid futbol çempionatının yaradılması təklifini dəyərləndirib. O, bunun klublar üçün yaxşı gəlir mənbəyi olacağını düşünür: "Digər ölkələrdə daxili çempionata gələn azarkeş sayı azdır. Üstəlik, bilet satışından qazanc da əldə edilmir. Bu baxımdan Belarus, Azərbaycan və Qazaxıstan komandalarının çempionatımıza qoşulması maraqlı olar. Belədə onlar çempionluğa oynamaq üçün transferlərə daha çox pul ayıracaqlar. Azarkeş sayı artacaq, oyunlar dolu tribunalar önündə keçiriləcək. Rusiyadan 12, adlarını çəkdiyim 3 ölkənin hərəsindən isə 2 komanda mübarizəyə qoşula bilər. Həmin 6 komanda ölkəsinin ən güclüləri olmalıdır".
Ancaq tanınmış məşqçi Valeri Qazzayev millidəki keçmiş oyunçusunun fikrinə qatılmır. O, bunun mənfi effekt verəcəyini söyləyib: "Belə bir çempionata keçid etdikdə klublarımız praktik olaraq Avropa yarışlarında iştirak etmək imkanlarını itirəcəklər. Qazaxıstan, Azərbaycan, Belarus klubları Çempionlar Liqasında çıxış edirlər. Hər bir dövlətdə daxili çempionatın inkişafına qayğı göstərən federasiya var. Məsələn, Belarusdan BATE və ya "Dinamo"nu (Minsk), Azərbaycandan "Neftçi"ni (Bakı), Ermənistandan "Ararat"ı, Qazaxıstandan isə "Tobol", "Astana" və ya "Kayrat"ı alsanız, yerli futbol dağılacaq, tamaşaçı marağı dərhal düşəcək və inkişaf əvəzinə tənəzzül yaranacaq. Qonşularımıza niyə bunu edək?".
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı