“Neftçi”nin “Zirə” ilə oyunlarının yeri dəyişdirildi
06.03.2020 - 20:19
“Neftçi”nin “Zirə” ilə oyunlarının yeri dəyişdirildi

“Neftçi” və “Zirə” klublarının Azərbaycan Premyer Liqasındakı oyunlarının yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, buna “Bakcell Arena”da  aparılacaq renovasiya işləri səbəb olub.

Aprelin 12-də start veriləcək işlər AVRO-2020 ilə əlaqədar olaraq gerçəkləşəcək. Bu səbəbdən də Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik edib. 3-cü dövrənin “Zirə” – “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” – “Zirə” görüşünün yeri dəyişdirilib.