“Neftçi” “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxovdan əl çəkmir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, son çempion 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrını davam etdirir.
Ötən ilin yayında “gənclik şəhəri” təmsilçisini bu keçidə razı sala bilməyən “ağ-qaralar”ın bu dəfə belə bir problemi yoxdur. Çünki milli komandamızın üzvünün “Sumqayıt”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
Sadıxov digər klubların da maraq dairəsində olduğundan, qərar verməyə tələsmir. Ancaq “Neftçi”nin bir ildən çoxdur ki, onun keçidində israrlı davranışı həlledici rol oynaya bilər. Bu üzdən yayda azad agent statusu daşıyacaq pleymeykerin paytaxt təmsilçisinə keçidi daha realdır.
Qeyd edək ki, Rəhim Sadıxov bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.