"Neftçi"nin futbolçusu xəstəxanalıq oldu - iki barmağı qırılıb
27.11.2021 - 20:42
"Neftçi"nin futbolçusu xəstəxanalıq oldu - iki barmağı qırılıb

“Neftçi”nin futbolçusu Mamadu Mbodjun barmaqları sınıb.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, “Səbail” üzərində 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XII tur matçından sonra seneqallı oyunçunun zədələndiyini söyləyib: “Mbodjun iki barmağı qırılıb. Onu xəstəxanaya göndərdik. Durumunun necə olacağını müayinədən sonra biləcəyik”.

Qeyd edək ki, 12 turda 20 xal toplayan “Neftçi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.