"Neftçi”nin ilk prezidenti vəfat edib
03.09.2021 - 07:12
"Neftçi”nin ilk prezidenti vəfat edib

“Neftçi”nin ilk prezidenti Aydın İbrahimov vəfat edib.

Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi ağır xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib.

Koronavirusa yoluxan və durumu ağırlaşan İbrahimov müalicə aldığı "Yeni Klinika"da ölüb. O, 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.

Allah rəhmət eləsin.