“Neftçi”nin legioneri üçün daha bir “elçi”
25.02.2020 - 17:55
“Neftçi”nin legioneri üçün daha bir “elçi”

“Neftçi”nin hücumçusu Dario Frederiko daha bir klubun maraq dairəsində düşüb.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçunun indi də Küveytə köçmək variantı ortaya çıxıb.

Bir müddətdir "Anortosis"in diqqət mərkəzində olan 29 yaşlı oyunçu uğrunda Küveytin "Kazma" klubu mübarizəyə qoşulub. Sabiq "Qəbələ"li Lalavele Atakoranın da formasını geyindiyi ərəblər yayda “sambaçı”nı transfer etməyə çalışacaqlar. Ancaq bu, heç də asan başa gəlməyəcək. Dario gələn ilin yayına qədər “Neftçi”yə məxsus olduğundan, küveytlilər ilk növbədə Bakı klubunun razılığını almalıdırlar.

Qeyd edək ki, “Kazma” Küveyt liqasında hazırda 4-cü pillədə qərarlaşır.