“Neftçi”nin əlindən aldı, özünə də lazım olmadı
04.02.2022 - 10:32
“Neftçi”nin əlindən aldı, özünə də lazım olmadı

“Olimpiakos”un “Neftçi”dən qaytardığı yarımmüdafiəçi Mamadu Kane avrokuboklarda komandasına kömək edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, Yunanıstan klubu Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsinə qvineyalı orta sahə oyunçusunu sifariş etməyib.

Pirey təmsilçisi “Atalanta” ilə oyunlar öncəsi UEFA-dakı iştirak ərizəsinə 3 yeni oyunçu əlavə edib. Lakin “Neftçi”dən transfer edilən Kane baş məşqçi Pedro Martinsə lazım olmayıb. Çalışdırıcı müdafiəçi Kostas Manolas və yarımmüdafiəçilər Bandiuqu Fadiqa ilə Qari Rodrigesi üstün tutub. Bu isə o deməkdir ki, Mamadu Kane cari mövsümün qalan hissəsində Avropa Liqasında “Olimpiakos”a kömək edə bilməyəcək.

Qeyd edək ki, “Olimpiakos” ötən ilin yayında Kaneni “Neftçi”dən transfer edib, Azərbaycan çempionuna 1 illik icarəyə versə də, qış fasiləsində onu geri qaytarmaq qərarına gəlib.