“Neftçi”nin məşqçisi mövsümün sonuna kimi futboldan kənarlaşdırıldı
25.02.2022 - 14:40
“Neftçi”nin məşqçisi mövsümün sonuna kimi futboldan kənarlaşdırıldı

AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirib.

Apasport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

U-16 Liqasında “Qarabağ”la oyunun 90-cu dəqiqəsində “Neftçi” İK İB-nin baş məşqçisi Şahin Şahüseyni cəzalı olduğu halda texniki zonaya daxil olaraq, hakimləri təhqir edib.

Bu hal 3-cü dəfə təkrarlandığından, Şahin Şahüseyninin futbola aid hər hansı bir fəaliyyəti mövsümün sonuna qədər qadağan edilib.