"Neftçi"nin futbolçusu Vild-Donald Geryenin karyerasını yenidən Polşada davam etdirmək variantı yaranıb.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, sol cinah müdafiəçisinə bu ölkənin 3 klubu maraq göstərib.
31 yaşlı oyunçu "Lex", "Visla Plok" və "Legiya"dan təklif alıb. Lakin Krakov "Visla"sının sabiq üzvü onların heç birinə müsbət cavab verməyib. "Neftçi" ilə anlaşması davam edən Gerye Bakı klubunda onu hər şeyin qane etdiyini bildirərək, polşalıların təklifini rədd edib.
Qeyd edək ki, ötən yay "Qarabağ"dan "Neftçi"yə keçən Vild-Donald Geryenin bakılılarla müqavilə müddəti cari mövsümün sonuna qədərdir. Lakin "ağ-qaralar" bu müddəti daha bir il uzatmaq hüququna malikdirlər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı