“Neftçi”nin yeni idman direktoruna QADAĞA
26.02.2022 - 20:23
“Neftçi”nin yeni idman direktoruna QADAĞA

“Neftçi”nin yeni idman direktoru Zaur Əzizov klubda ilk maneə, daha doğrusu, qadağa ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, onun media ilə əlaqələrinə məhdudiyyət qoyulub.

Ötən ilin dekabrında “Qəbələ”ni paytaxt təmsilçisinə dəyişən funksioner bundan sonra istədiyi mətbu orqana sərbəst şəkildə açıqlama və ya müsahibə verə bilməyəcək.

Əzizov bunun üçün öncə klubun prezidenti Kamran Quliyevdən, həmçinin Müşahidə Şurasının aparıcı üzvü Zaur Qəhrəmanovdan icazə almalıdır.

İdman direktorunun bu halla üzləşməsinin dəqiq səbəbi məlum deyil. Amma güman edilir ki, bu, onun haqda mediada formalaşmış rəyə görədir. Klubun əksər təmsilçilərindən fərqli, Əzizov mətbuat tərəfindən müsbət obraz kimi qarşılanır.

Hər halda, “Neftçi”yə gəlişi “Qəbələ”ni çətin vəziyyətdə atıb qaçmaq kimi qarşılanmadı və ümumi fikir budur ki, o, yeni iş yerində ciddi islahatlar aparacaq, yekunda uğur əldə edəcək.

Görünür, Əzizovun reputasiyası buradakılarda qısqanclıq yaradıb (sportinfo.az).