"Barselona"nın idman direktoru Erik Abidal yayda heyəti gücləndirəcəklərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis, xüsusən də, hücum xəttinə əl gəzdiriləcəyini istisna etməyib.
O, PSJ-nin oyunçusu Neymarın qaytarılmasının və "İnter"in hücumçusu Lautaro Martinesin transfer edilməsinin mümkünlüyünü vurğulayıb: "Düşünürəm ki, Neymar və Martinesin transferlərində mümkünsüz heç nə yoxdur. Bunun üçün bir sıra əməliyyatları yerinə yetirməliyik ki, bu da mənim işimdir. Onlar əla futbolçulardır. Amma "Barselona"nı gücləndirə biləcək bir sıra başqa oyunçular da var".
Qeyd edək ki, Luis Suares və Usman Dembelenin ağır zədə almasından sonra "Barselona" hücumçu axtarışına çıxıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı