“Yaxşı oyun keçirdik. Evdə keçirəcəyimiz son turda növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacağıq”.
Apasport.az saytının məlumatına görə, bunu Təl-Əviv “Makkabi”sinin baş məşqçisi Giorgios Donis deyib.
O, Avropa Liqasının V turunun “Qarabağ”la səfər oyunu (1:1) barədə fikirlərini açıqlayıb: “Son dəqiqələrdə bildik ki, “Vilyarreal” “Sivasspor”a 1:0 hesabı ilə qalib gəlir. Lakin biz sonadək vuruşduq, son dəqiqəyədək qələbə üçün mübarizə apardıq. Qol imkanlarımız da oldu. Futbolçular çalışırdı, mən onlardan razıyam. Yalnız nəticədən narazıyam. Növbəti matça final kimi yanaşırıq. Özümüzə inanırıq. Mərhələ keçmək üçün yaxşı şansımız var”.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi