“Nyukasl”dan 28 milyonluq transfer
12.01.2022 - 10:07
Premyer Liqanın autsayderlərindən olan “Nyukasl” heyətinə yeni futbolçu qatır.
Apaspor.az saytının məlumatına görə, İngiltərə təmsilçisi Kris Vudun keçidini razılaşdırıb.
“Bernli”nin hücumçusunun transferi 28 milyon avroya gerçəkləşəcək. Bu, 30 yaşlı futbolçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğidir. Bu gün tibbi müayinədən keçəcək Vudla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Kris cari mövsümün 17 matçında 3 qol vurub.
0
0