Braziliyalı futbolçu Kaka sabiq komanda yoldaşı Neymar haqda fikirlərini bildirib.
Apasport.az saytının məlumatına görə, veteran yarımmüdafiəçi həmyerlisinin "Qızıl top"u qazanacağına inanır.
O, bunun üçün Neymarın Çempionlar Liqasının qalibi olmasının əsas şərt olduğunu söyləyib: "Neymar mənim "Qızıl top" uğurumu bu il təkrarlaya bilərmi? Bəli, məncə, bu baş verə bilər. O, dünyanın ən yaxşı futbolçulardan biridir, buna şübhə yoxdur. Hazırda ehtiyac duyduğu şey komandanın titullar qazanması və bunlarda əsas pay sahibi olmasıdır. PSJ Çempionlar Liqasını qazansa, Neymar böyük ehtimalla "Qızıl top"a layiq görüləcək".
Qeyd edək ki, Kaka 2007-ci ildə "Qızıl top" mükafatına yiyələnib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı