“Old Trafford”da uğursuz seriya
02.10.2021 - 23:34
“Old Trafford”da uğursuz seriya

“Mançester Yunayted”in uğursuz seriyası davam edir.

Apasport.az saytının məlumatına görə, İngiltərə nəhəngi “Old Trafford”da ardıcıl 11-ci oyunda qapısında qol buraxıb.

Bu, Premyer Liqanın VII turunda gerçəkləşib. “Mançester Yunayted” “Everton”la matçda üstünlüyü əldən verib – 1:1.

Mançesterlilərin evdə qol buraxmadığı son görüş aprelin 15-də keçirilib. Həmin gün Avropa Liqasının “Qranada” ilə matçında meydan sahibləri qələbə qazanıb – 2:0.