“Olimpiakos”la anlaşan Manafov viza problemini həll etdi
14.01.2022 - 11:12
“Olimpiakos”la anlaşan Manafov viza problemini həll etdi

“Səbail”in futbolçusu Turan Manafovun Volos “Olimpiakos”una keçidi rəsmiləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Yunanıstan mətbuatı yayıb.

Bildirilib ki, 24 yaşlı müdafiəçinin viza problemi həllini tapıb. Gənclər millimizin sabiq üzvü artıq Yunanıstandadır. İkinci liqa təmsilçisi ilə müqavilənin şərtlərini çoxdan razılaşdıran Manafovun keçidinin bu gün tamamlanması gözlənilir.

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub. Onun bakılılarla müqavilə müddəti mövsümün sonuna qədər idi.