“Olimpiakos”la anlaşan futbolçu “Səbail”lə müqavilə imzaladı
21.01.2022 - 15:25
“Səbail”in futbolçusu Turan Manafovun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi hazırkı komandasında qalıb.
Bir neçə gündür Yunanıstan təmsilçisi Volos “Olimpiakos”u ilə anlaşdığı bildirilən Manafov bakılılarla yeni müqaviləyə qol çəkib. “Səbail” U-21 yığmamızın sabiq üzvünün sözləşməsinin daha 1 il uzadıldığını açıqlayıb. Bu isə o deməkdir ki, futbolçu 2023-cü ilin yayına qədər hazırkı klubuna məxsusdur.
Qeyd edək ki, Turan Manafov 2019-cu ilin yayından “Səbail”in formasını geyinir.
0
0