“Omoniya”nın futbolçusu “Qarabağ”ın tarixinə düşdü
28.11.2021 - 11:14
“Omoniya”nın futbolçusu “Qarabağ”ın tarixinə düşdü

“Omoniya”nın futbolçusu Paris Psaltis “Qarabağ”ın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, kiprli futbolçu Ağdam klubunun avrokuboklardakı oyunlarında avtoqol müəllifi olan ilk rəqibdir.

Bunadək “Qarabağ” heç vaxt rəqib qoluna sevinməmişdi. Baxmayaraq ki, Azərbaycan klubları dəfələrlə belə halla üzləşib.

Psaltis təmsilçilərimiz üçün qol vuran ümumilikdə 6-cı rəqib oyunçudur. Bunadək 5 dəfə avrokuboklarda rəqiblərin qoluna sevinmişik. Konfrans Liqasının qrup mərhələsinin V turunun Bakıdakı matçınadək “Keşlə” 2, “Qəbələ”, AZAL və “Bakı” bir dəfə avtoqol hesabına qol sevinci yaşayıb.