“Omoniya”da işlər bir az çətindir. Komanda çempionatın startında yaxşı çıxış etmədi, geriləmə var”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın veteran futbolçusu Andreas Kanaris komandanın hazırkı durumunu dəyərləndirərkən deyib.
71 yaşlı mütəxəssis kiprlilərin Konfrans Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçirəcəyi matça da münasibət bildirib: “Heyətdə çox zədəli var. Ancaq inanıram ki, onlar tezliklə sağalacaq. Konfrans Liqasında “Kayrat”a qarşı daha yaxşı çıxış etmək olardı. Heç-heçə də yaxşı nəticədir. Sabah “Qarabağ”ı məğlub etməliyik. Bu baş versə, “Omoniya” növbəti mərhələyə vəsiqəni 70-80 faiz təmin edəcək”.
Qeyd edək ki, sabah Nikosiyanın GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər