"Komandamızda iki futbolçu hələ də baxışdadır. Amma Yaovi Akakpo və Kayo Manoel haqda son oyundan sonra qərar veriləcək".
Bunu apasport.az saytına "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Gənc çalışdırıcı komandanın məşqlərinə qoşulmayan İbrahim Niasse və hələ də özünü göstərə bilməyən Kristian Kuaku barədə də danışıb. O bildirib ki, yeni futbolçu axtarışlarını da davam etdirirlər: “Yaxın günlərdə komandaya yeni oyunçu da qoşula bilər. Planlı şəkildə hazırlığımızı davam etdiririk. Oyundan-oyuna komanda daha da artığını etmək üçün səylə çalışır. Kristian Kuaku bizimlədir, məşqlərini edir. Lakin İbrahim Niasse hələ ki, komandaya qoşulmayıb".
Qeyd edək ki, Antalyada hazırlıq keçən "Qəbələ" son yoxlama matçını yanvarın 25-də keçirəcək. Azərbaycan kubokunun qalibi Rumıniyanın "Konkordiya" ilə qarşılaşacaq.