“Onları oyatmaq lazımdır” – Nadir Nəbiyev
21.01.2020 - 09:37
“Onları oyatmaq lazımdır” – Nadir Nəbiyev

"Hazırkı durumda Roberto Bordinlə yolların ayrılması bir az gözlənilməz oldu. Çünki komanda təlim-məşq toplanışına gedəndə fikirləşmək olardı ki, komandada hər hansı dəyişiklik olmayacaq".

Bunu apasport.az saytına "Neftçi"nin sabiq futbolçusu Nadir Nəbiyev deyib. 

"Ağ-qaralar"ın heyətində çıxış etmiş veteran hücumçu italiyalı Roberto Bordinin gedişinin komandanın xeyrinə, yoxsa ziyanına işləyəcəyini belə izah edib: "Bunu zaman göstərəcək. Bordinin meydandan kənardakı hərəkətləri futbolçularda da aqressiya yaradırdı. Əslində isə "Neftçi"nin yaxşı heyəti var. Sadəcə komandada çempionluq istəyini oyatmaq lazımdır".

Nəbiyev komandanın yaxşı heyətə malik olduğunu və Bakı təmsilçisinin buna uyğun baş məşqçi seçməli olduğunu da vurğulayıb: "Mətbuatdan izlədiyim qədərilə komanda daxilində nizam-intizamda müəyyən problemlər var. Ola bilər ki, doğru məlumat da olmasın. Əgər belə bir şey varsa, məşqçi öncə bunu qaydasına salmalıdır. Gələcək məşqçi isə komandanın oyun üslubuna uyğun birisi olmalıdır. "Neftçi"nin heyətindəki futbolçulara baxanda görürük ki, topla daha çox oynayan texnikalı futbolçular var. Yəni bu da hardasa nəzərə alınmalıdır".

Qeyd edək ki, Nəbiyev 2001-2004 və 2005-2008-ci illərdə "Neftçi"nin formasını geyinib. “Ağ-qaralar”ı isə mövsümün sonunadək Fizuli Məmmədov çalışdıracaq. 
 

0
Nadir Nəbiyev Neftçi