"Onun oynamaması bizim üçün böyük itki idi" - Tərlan Əhmədov
02.02.2020 - 18:55
"Onun oynamaması bizim üçün böyük itki idi" - Tərlan Əhmədov

"Bilirdik ki, uzun fasilədən sonra ilk oyun çətin olur".

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ" ilə keçirilən oyundan sonra deyib.

Çalışdırıcı komandasının səfərdə 2:1 hesablı qələbə qazandığı qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bildirib. O, rəqibə də təşəkkür etməyi unutmayıb: "İlk oyun olmasına baxmayaraq, futbolçularımın çıxışından, əzmkarlığından razı qaldım. Ruslan Qurbanovun oynamaması bizim üçün böyük itki idi. Lakin bu gün mütləq qələbə qazanmaq istəyirdik. "Qəbələ"yə isə gözəl oyuna görə təşəkkür edirəm".