"Onunla Messi də müqayisə edilə bilməz" - Kafu
27.03.2020 - 13:18
"Onunla Messi də müqayisə edilə bilməz" - Kafu

Braziliya millisinin sabiq futbolçusu Kafu həmyerlisi Neymarın ünvanına tərif yağdırıb.

Apasport.az saytının məlumatına görə, keçmiş cinah müdafiəçisi Neymarı dünyanın ən yaxşı futbolçusu hesab edir.

Onun fikrincə, "sambaçı" hətta "Barselona"nın kapitanı Lionel Messidən də güclüdür: "Bacarıq baxımından dünyada heç bir oyunçu Neymarla müqayisə edilə bilməz. Hətta Messi də. Baxmayaraq ki, argentinalını sevirəm. Neymar meydanda fərqlənməyi bacarır. Məsuliyyəti üzərinə götürməlidir. Onda çatışmayan cəhət liderlik bacarığının olmamasıdır. Neymar Braziliyanın ümididir. O, rəqibin səkkiz futbolçusunu geridə qoymağı bacarır. Bu, Neymarın yadplanetli olduğunu sübut edir".

Qeyd edək ki, Braziliya millisinin daha bir sabiq futbolçusu Roberto Karlos da Neymarı digər oyunçulardan fərqləndirib.