"İnter"in yeni transferi Kristian Eriksen "Tottenhem"dən ayrılmağının səbəblərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, danimarkalı yarımmüdafiəçi Çempionlar Liqasının finalındakı məğlubiyyətdən sonra hamının onu günahlandırdığını söyləyib.
27 yaşlı oyunçu 6 il yarım formasını geyinməsinə baxmayaraq, son vaxtlar ağır günlər keçirdiyini vurğulayıb: "Klubumla müqaviləm davam etsə də, azarkeşlər ayrılmağım üçün rəhbərliyə təzyiq göstərirdilər. Qəzetlər hər gün transferimlə bağlı xəbərlər dərc edirdilər. Qeydə alınan uğursuz nəticələrdən sonra hədəfə məni qoydular. Bir sözlə, "Tottenhem"də qara qoyun elan edildim".
Qeyd edək ki, "İnter" Kristian Erikseni ötən ay 20 milyon avroya transfer edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı