“Yuventus”un kapitanı Corcio Kyellini əvvəllər Turin klubunda çıxış etmiş Pol Poqba barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi “Mançester Yunayted”in formasını geyinən yarımmüdafiəçinin qayıtmaq variantını dəyərləndirib.
Kyellininin fikrincə, Fransa millisinin üzvü onların gücünə güc qatar: “Poqba futbolun Lebron Ceymsidir. Doğrudan da, onun böyüməsini görmək fantastikdir. O, “Mançester Yunayted”dən gəlmişdi. Bu üzdən yaxşı oyunçu görəcəyimi gözləyirdim. Ancaq ən yaxşısı olacağını düşünmürdüm. Pol başqalarından fərqlidir. Təəssüf ki, “Mançester Yunayted”ə qayıtdıqdan sonra özünün ən yaxşı formasını göstərə bilmədi”.
Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib.