“Qalatasaray” - “Fənərbaxça” oyununu Cüneyt Çakır idarə edəcək 
26.09.2019 - 09:04
“Qalatasaray” - “Fənərbaxça” oyununu Cüneyt Çakır idarə edəcək 

Türkiyə Super Liqasında VI turunun hakim təyinatları açıqlanıb. 

APA-nın məlumatına görə, “Qalatasaray” və “Fənərbaxça” arasında derbi Cüneyt Çakıra tapşırılıb. 

O, sentyabrın 28-də baş tutacaq matçda baş hakim olacaq. “Türk Telekom Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

Qeyd edək ki, 5 turdan sonra “Fənərbaxça” 10 xalla turnir cədvəlində ikinci yerdədir. Ondan 2 xal geri qalan “Qalatasaray” isə 7-ci pillədə qərarlaşıb. 
 

Qalatasaray Fənərbaxça Cüneyt Çakır