“Qalatasaray” Kiyev “Dinamo”su ilə xeyriyyə matçı keçirəcək
07.04.2022 - 12:41
“Qalatasaray” Kiyev “Dinamo”su ilə xeyriyyə matçı keçirəcək

Kiyev “Dinamo”su ilə “Qalatasaray” arasında yoxlama görüşü keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu Ukrayna klubunun baş məşqçisi Mirça Luçesku açıqlayıb.

Rumıniyalı mütəxəssis qarşılaşmanın aprelin 14-də İstanbulda baş tutacağını bildirib. Matçdan əldə olunacaq gəlir Rusiya ilə hərbi gərginlik zamanı valideynləri həlak olan ukraynalı uşaqlara xərclənəcək.

Luçesku bu təklifi qəbul etdiyi üçün “Qalatasaray” rəhbərliyinə təşəkkürünü bildirib: “Dinamo” azarkeşləri bu jesti unutmayacaq”.