“Qalatasaray” apellyasiya şikayəti edəcək
27.11.2021 - 12:56
“Qalatasaray” apellyasiya şikayəti edəcək

“Qalatasaray” Türkiyə Futbol Federasiyasının (TFF) qərarının dəyişdirilməsi üçün apellyasiya şikayəti edəcək.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu baş məşqçi Fatih Terimə verilən 5 oyunluq cəzanın azaldılmasını istəyir.

Terim Türkiyə Super Liqasının XIII turunda “Fənərbaxça”ya 1:2 hesabı ilə uduzduqları matçda baş hakim Halil Umut Meleri təhqir etdiyi üçün diskvalifikasiya olunub. Lakin “sarı-qırmızılılar” cəzanın azaldılması üçün geniş müdafiə təqdim edəcək.

Qeyd edək ki, Fatih Terim matçda qırmızı vərəqə aldığı üçün ümumilikdə 6 matçı buraxmalı olacaq. Bununla təcrübəli mütəxəssisin son 11 ildə texniki zonadan kənarda keçirəcəyi oyun sayı 41-ə yüksələcək.