“Qalatasaray” transfer qadağası ilə üz-üzə
02.05.2022 - 16:08
“Qalatasaray” transfer qadağası ilə üz-üzə

FIFA “Qalatasaray”a transfer qardağası qoya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Türkiyə klubunun hücumçu Mustafa Məhəmmədin keçidi müqabilində əvvəlki klubu “Zemalek”ə tələb olunan məbləği hələ də ödəməməsidir.

“Cim-bom” ötən il icarəyə götürdüyü misirli forvardı yenicə 4 milyon dollara birdəfəlik heyətinə qatıb. Ancaq bu pul hələ də ödənilməyib. “Zemalek” isə yaxın müdətdə ödənişin olmayacağı təqdirdə, FIFA-ya müraciət edəcəyini vurğulayıb. Türkiyə klubu borcunu vaxtında ödəməsə, böyük ehtimalla avqustda transfer qadağası ilə üzləşəcək.

Qeyd edək ki, “Qalatasaray”da iyunun 11-də prezident seçkiləri olacaq. Həmin vaxtdan sonra “cim-bom”un borcunu ödəmək üçün iki aydan az vaxtı qalacaq.