“Qalatasaray”da derbi öncəsi ciddi itki
05.04.2022 - 15:08
“Qalatasaray”da derbi öncəsi ciddi itki

Türkiyə Super Liqasının XXXII turunda “Fənərbaxça” ilə qarşılaşacaq “Qalatasaray” ciddi itki ilə üzləşib.

Apasport.az saytının “Fotomaç”a istinadən məlumatına görə, “sarı-qırmızılılar” əzəli rəqiblə derbiyə ideal “11-lik”lə çıxa bilməyəcək.

Çünki “cim-bom” aparıcı futbolçularından Kerem Aktürkoğlunu itirib. “Fatih Karagümrük”lə görüşdə zədələnən 24 yaşlı hücumçunun qasıq əzələsində dartılma və qanama aşkarlanıb. Türkiyə millisinin üzvünün ən azı 4 həftə kollektivdən uzaq düşməsi gözlənilir. O, “Fənərbaxça”, “Yeni Malatyaspor”, “Altay” və “Sivasspor”la matçları buraxmalı olacaq.

Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” oyunu aprelin 10-da keçiriləcək. Hazırda “Fənərbaxça” turnir cədvəlinin 3-cü, “Qalatasaray” isə 13-cü pilləsində qərarlaşır.