Baş məşqçi postuna Domenek Torreni gətirən “Qalatasaray” heyətini təmizləmə prosesinə başlayıb.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi daha iki oyunçu ilə vidalaşmaq qərarına gəlib.
Braziliyalı yarımmüdafiəçi Qustavo Assunçaodan sonar niderlandlı hücumçu Rayan Babel və konqolu müdafiəçi Kristian Luyindama da yeni çalışdırıcının gələcək planlarına daxil deyil. Mövsümün sonuna qədər “cim-bom”da icarədə olan Assunçao ilə sözləşməyə xitam veriləcəksə, Luyindama böyük ehtimalla “Antverpen”ə satılacaq. Rəhbərlik Babel üçün gələn təklifləri də nəzərdən keçirir.
Qeyd edək ki, bu mövsüm Babel 25, Luyindama 19, Assunçao isə 2 oyun keçirib.