“Qalatasaray”ı məğlub edən “Fənərbaxça” 5 il 5 aylıq həsrətə son qoydu
10.04.2022 - 23:29
“Qalatasaray”ı məğlub edən “Fənərbaxça” 5 il 5 aylıq həsrətə son qoydu

Türkiyə Super Liqasında XXXII turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, günün son matçında İstanbul derbisi baş tutub.

Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” birincilərin meydanında üz-üzə gəlib. Bu, İstanbul nəhənglərinin tarixi ərzində 395-ci, ölkə çempionatı çərçivəsində isə 130-cu dueli olub.

“Ülker” stadionunda 50 mindən çox azarkeşin izlədiyi görüşün birinci hissəsində 1 qol qeydə alınıb. Mixa Zayç 26-cı dəqiqədə ev sahiblərini önə keçirib. “Sarı-lacivərdlilər” 68-ci dəqiqədə fərqi 2-yə yüksəldib. Bu dəfə Serdar Dursun rəqibi mərkəzə dəvət edib. Bu, həm də matçda vurulan son qol olub və “Fənərbaxça” rəqibini 2:0 hesabı ilə məğlub edib.

Bununla 113 illik rəqabətdə “Fənərbaxça” 148-ci qələbəsini qazanıb. “Sarı-lacivərdlilər” eyni zamanda 4 oyundan sonra evdə qələbə həsrətinə son qoyub. Kadıköydə axırıncı dəfə 2016-cı il noyabrın 20-də rəqibinə yenilən “Fənər” 5 il 5 aydan sonra azarkeşlərinə “Qalatasaray” üzərində doğma arenada qalibiyyət sevinci yaşadıb. “Kanarya” həm də Super Liqada məğlubiyyətsizlik seriyasını 8-ə (7 qələbə, 1 heç-heçə) yüksəldib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 59-a çatdıran “Fənərbaxçar” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə aktivindəki 41 xalla 14-cü yerə düşüb.