"Qalatasaray" "transfer pəncərəsi"nin son günündə yarımmüdafiəçi Stiven Nzonzi ilə yollarını ayıracaq.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu İstanbul klubunun düşərgəsini artıq tərk edib.
"Cim-bom"un mövsümün sonuna qədər "Roma"dan icarəyə götürdüyü Fransa millisinin üzvü karyerasını ölkəsində davam etdirməyə hazırlaşır. "Renn"in maraq dairəsində olan Nzonzi Liqa1 klubu ilə danışığı yekunlaşdırmaq üçün Parisə yollanıb. Superliqa klubu da baş məşqçi Fatih Terimlə yola getməyən oyunçunu saxlamaqda maraqlı deyil.
Qeyd edək ki, Stiven Nzonzi bu mövsüm "Qalatasaray"ın heyətində 15 oyunda iştirak edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı