“Qalatasaray”ın futbolçusu İspaniya nəhənginin radarında
11.03.2022 - 10:53
“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu “Atletiko”nun maraq dairəsinə düşüb.
Bir müddətdir onunla maraqlanan madridlilərin nümayəndələri Avropa Liqasının 1/8 final mərhələsində “Barselona” ilə səfər matçını (0:0) tribunadan izləyiblər. “Atletiko”nun idman direktorunun köməkçisi Qudi Pozo Keremlə yanaşı, meydana sonradan daxil olan Aleksandru Çiçaldaunu da bəyənib.
Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm bütün turnirlərdə keçirdiyi 41 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə verib.
0
0