"Qalatasaray”ın sabiq prezidenti vəfat edib
28.11.2021 - 20:02
"Qalatasaray”ın sabiq prezidenti vəfat edib

Türkiyə “Qalatasaray”ının sabiq prezidenti Mustafa Çengiz vəfat edib.

Apasport.az saytının məlumatına görə, bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Sabiq klub rəhbəri 71 yaşında dünyasını dəyişib. Bir müddətdir müalicə olunan Çengiz klubun 37-ci prezidenti olub.

Qeyd edək ki, Çengiz 2018-ci ilin yanvarından 2021-ci ilin iyununa qədər “Qalatasaray”ın prezidenti olub.