“Qalatasaray”ın yeni baş məşqçisi Domenek Torren komandada görmək istədiyi ilk futbolçunu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis “Çelsi”nin yarımmüdafiəçisi Ross Barklini sərəncamında görməkdə maraqlıdır.
Məhz onun təlimatından sonra rəhbərlik Premyer Liqa təmsilçisi ilə təmasa keçib. İstanbullular 29 yaşlı orta sahə oyunçusunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. “Zadəganlar”ın baş məşqçisi Tomas Tuxel də əsas heyətə düşə bilməyən yarımmüdafiəçinin icarə əsasında göndərilməsinə razılıq verib.
Qeyd edək ki, Ross Barkli “Çelsi”yə 2018-ci ilin əvvəlində “Everton”dan keçib. Yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Aston Villa”nın formasını geyinib.