“Qarabağ” – “Kayrat” matçının hakimləri açıqlandı
19.10.2021 - 12:16
“Qarabağ” – “Kayrat” matçının hakimləri açıqlandı

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA matçı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.

Oktyabrın 21-də baş tutacaq görüşdə Yevgeni Aranovski ədalət təmsilçisi olacaq. Ona Semyon Şlonçak və Andrey Skripka kömək edəcək. 4-cü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Kayrat” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.