Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın “Kayrat”la ev oyununun hansı stadionda keçiriləcəyi hələ bəlli deyil.
Bu barədə apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün durumu ilə bağlı UEFA məlumatlandırılır: “Ot örtüyünün vəziyyəti ilə bağlı UEFA-ya mütəmadi məlumat verilir. Ancaq yekun qərar hələ verilməyib. Bu həftənin sonu və ya gələn həftənin əvvəlində UEFA qərarını bildirəcək”.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin I turunda “Bazel”ı Bakı Olimpiya Stadionunda qəbul edib. “Kayrat”la ev oyunu isə oktyabrın 21-nə təsadüf edəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər