“Qarabağ” – “Marsel” oyununda nə qədər tamaşaçı olub?
25.02.2022 - 13:14
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Marsel” matçındakı tamaşaçı sayı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 27 min 783 seyrçi izləyib.
Bu, mərhələnin cavab qarşılaşmaları arasında ikinci göstəricidir. Yalnız “Makkabi” (Təl-Əviv) – PSV matçında daha çox tamaşaçı olub. 1:1 hesabı ilə bitən oyunu 28 min 58 nəfər seyr edib.
Qeyd edək ki, “Qarabağ” öz meydanında 0:3 hesabı ilə uduzub.
0
0