“Qarabağ” – “Marsel”: Jurnalistlərimizin proqnozları
24.02.2022 - 10:14
“Qarabağ” – “Marsel”: Jurnalistlərimizin proqnozları

“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Marsel”i qəbul edəcək.

Apasport.az saytı qarşılaşma öncəsi idman jurnalistləri arasında sorğu keçirib.

30 nəfər arasında aparılan sorğuda iştirak edənlərin əksəriyyəti ilk görüşdəki 1:3 hesablı məğlubiyyət səbəbindən Azərbaycan klubunun mərhələ adlayacağına inanmır. Yalnız 6 nəfər matçın əlavələrə gedəcəyini, onlardan isə 1-i “Marsel”in mərhələ adlayacağını düşünür. “Qarabağ”ı 1/8 finalda görən 5 həmkarımızdan ikisi - Heybət Məmmədov və Teymur Tuşiyev bu işin penaltilər seriyasında həll olunacağını proqnozlaşdırır.

8 jurnalist Qurban Qurbanovun yetirmələrinin Tofiq Bəhramov adına Respublika Stadionunda 1 top fərqilə qalib gələcəyini və turnirdə mübarizəni dayandıracağını hesab edir.

9 nəfər heç-heçəni proqnozlaşdırıb. Maraqlıdır ki, onların hamısı 1:1 hesabını yazıb. 7 KİV nümayəndəsi isə “Marsel”in Bakıda da 90 dəqiqəni qalibiyyətlə tamamlayacağını düşünür.

Amal Abuşov (qaynarinfo.az) – 1:0
Ceyhun Əliyev (football24.az) – 1:2
Daşqın Əziz (offsideplus.az) – 1:0
Elçin Cəlilov (futbolpress.az) – 1:1
Elmir Əliyev (haqqin.az) – 2:1
Elsevər Məmmədov (qafqazinfo.az) – 1:0
Əli Sahib (fanat.az) – 2:0 (mərhələni “Qarabağ” keçəcək)
Hacı Mərdan (newsport.az) – 2:1
Heybət Məmmədov (ARB24 TV) – 2:0 (mərhələni “Qarabağ” keçəcək)
İlkin Baba (Azərbaycan radiosu) – 1:1
İlkin Xəlilov (ATV) – 1:1
İlkin Vaqifoğlu (sportinfo.az) – 1:3
Kamran Hacı (allsport.az) – 2:1
Kənan Hakimov (İTV) - 2:1
Kənan Həsənov (Futbol+) – 1:1
Kənan Məstəliyev (rekord.az) – 2:0 (mərhələni “Marsel” keçəcək)
Mehman Rəsulov (Real TV) – 1:1
Mehman Süleymanov (sport24.az) – 1:0
Rəşad Ergün (komanda.az) – 1:1
Rəşad Rafiqoğlu (İdman Azərbaycan) – 1:1
Ruslan Mikayıllı (azerisport.com) - 1:3
Saleh Arslan (korner.az) – 2:0 (mərhələni “Qarabağ” keçəcək)
Səbuhi Məmmədli (lent.az) – 1:3
Səbuhi Musayev (oxu.az) – 1:3
Sənan Abdullayev (Xəzər TV) – 1:1
Şəmsəddin Abbasov (CBC Sport) – 2:0 (mərhələni “Qarabağ” keçəcək)
Tahir Hümmətov (apasport.az) – 1:3
Teymur Maksutov (1news.az) – 1:1
Teymur Tuşiyev (sputnik.az) – 2:0 (mərhələni “Qarabağ” keçəcək)
Təbriz Quliyev (report.az) – 1:2

Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyunu saat 21:45-də start götürəcək.