Azərbaycan Premyer Liqasında XXV turun bütün təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək turun görüşlərinin hakimləri müəyyənləşib.
Çempionun müəyyənləşə biləcəyi “Qarabağ” – “Sabah” görüşündə Rauf Cabarov fit çalacaq. Avrokuboklara vəsiqə baxımından önəmli “Zirə” – “Qəbələ” matçında Rəşad Əhmədov baş hakim olacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
3 may (çərşənbə axşamı)
16:30. “Şamaxı” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”
4 may (çərşənbə)
17:45. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu
20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”