“Qarabağ” 13 - “Neftçi” 2
22.02.2022 - 13:46
“Qarabağ” 13 - “Neftçi” 2

“Qarabağ”ın “Marsel”lə bu həftə keçiriləcək oyunu yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşma Azərbaycan klublarının Konfrans Liqasında 20-ci görüşü olacaq.

Təmsilçilərimiz cari mövsümdən keçirilən qitənin üçüncü dərəcəli klub turnirində indiyədək 19 matça çıxıb. Bu görüşlərdə klublarımız 7 qələbə qazanıb və 6 heç-heçə edib. 6 dəfə uduzduğumuz turnirdə 23 qol vuran komandalarımız 29 top buraxıb.

Qeyd edək ki, Konfrans Liqasında “Qarabağ” 13, “Neftçi”, “Sumqayıt” və “Keşlə” hərəyə 2 matça çıxıb.