“Qarabağ” Avropa Liqasında 1/16 finala yüksəlsə, yeniliklə üzləşəcək
24.09.2019 - 23:44
“Qarabağ” Avropa Liqasında 1/16 finala yüksəlsə, yeniliklə üzləşəcək

UEFA yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edib.

APA-nın məlumatına görə, bu yeniliklər qurumun İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında qərara alınıb.

2019/20 mövsümündə VAR (hakimin video assistenti) texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək ikinci dərəcəli klub turnirində yalnız bir dəfə - ötən mövsümün Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.

Bu dəfə isə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” qrupdan çıxsa, 1/16 finalda VAR-la üzləşəcək.

Qadınlar arasında Çempionlar Liqasının finalında, qadınlar arasında AVRO-2021-in final mərhələsində də bu sistemdən yararlanılacaq. Sonuncu turnirdə həm də “goal-line” texnologiyası işə düşəcək.

0
Qarabağ Avropa Liqası 1/16 final