Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama görüşlərini keçirib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi iki sınaq matçına çıxıb.
Baş məşqçi Qurban Qurbanov əvvəlcə “Baçka Topola” ilə görüşdə futbolçularının hazırlıq durumunu yoxlayıb. Serbiya klubu ilə qarşılaşmada əsasən gənclərə üstünlük verilib. Oyun rəqibin qələbəsi ilə yekunlaşıb. “Baçka Topola” ikinci hissədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.
Axşam saatlarında isə “Qarabağ”ın əsas heyəti meydana çıxıb. Budəfəki rəqib Polşa təmsilçisi “Şlensk” olub. Marko Veşoviç və Kadi Borqesin qol vurduğu matçda təmsilçimiz 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Antalya toplanışı çərçivəsində “Qaz Metan”la (Rumıniya) qolsuz bərabərə qalan “Qarabağ” yanvarın 25-də daha iki matça çıxacaq. “Köhlən atlar” həmin gün əvvəlcə “Tatran” (Slovakiya), ardından isə “Visla”nı (Krakov, Polşa”) sınağa çəkəcək.
Yoxlama oyunları
21 yanvar
13:30. “Qarabağ” – “Baçka Topola” (Serbiya) - 0:1
“Papillon Sports Center”
19:00. “Qarabağ” – “Şlensk” (Polşa) – 2:3
Marko Veşoviç, Kadi Borqes
“Gloria Sports Arena”